Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Avtomobil təkəri bazarında durğunluq var - Qiymət 20 manata kimi enib

Tarix 26.10.24, 23:20

Font ölçüsü : - / +
bitmap-img6


Hava soyuduqca avtomobilləri də qışa hazırlamaq lazımdır. Ustalar deyirlər ki, qar yağana qədər avtomobillərinin şinləri köhnə olan sürücülər bunu dəyişməlidirlər. Bəs təkər bazarında vəziyyət necədir? Sürücülər büdcələrinə uyğun keyfiyyətli şin ala bilirlərmi?

Çəkiliş zamanı məlum oldu ki, hazırda bazardakı ən ucuz şinlər Çindən, ən bahalıları isə Avropadan gələnlərdir.

Xezerxeber.az-ın məlumatına görə, qış yaxınlaşdıqca avtomobillərdə dəyişilməsi vacib olanlardan biri də onun şinləridir. Amma nədənsə bəzi sürücülər sanki buna elə də diqqət etmirlər. Təkər bazarında yaşanan durğunluq bunu deməyə əsas verir.

Satıcılar deyirlər ki, istehsal edildiyi ölkə və keyfiyyətinə görə şinlərin qiymətləri müxtəlifdir. Hər bir müştəri cibinə uyğun təzə şini rahatlıqla bazarda tapa bilir. Bəs tələb hansı ölkədə istehsal olunanlardır? 

Satıcılar deyirlər ki, Azərbaycanda qış o qədər də sərt keçmədiyindən sürücülər bu fəslin şinlərinə elə də maraq göstərmirlər. Yəni dörd fəsil şinə üstünlük verirlər.

İşlənmişlərə gəldikdə isə satıcılar deyirlər ki, əsasən Avropadan gətirilən şinlərə maraq var. Bunların da qiymətləri ən kiçik ölçülərdə 60 manatdan başlayır. 





Xəbərin oxunma sayı : 1471




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap