Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu

Tarix 31.10.24, 15:45

Font ölçüsü : - / +
bitmap-img6


Tərəflərdən biri Xalq artisti Ağadadaş Ağayev olan insidentlə bağlı məhkəmə prosesi başlayıb.

"Qafqazinfo”nun məlumatına görə, müğənni balta atdığı "Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovla birgə mühakimə ediləcək.

Amma təqsirləndirilən Xalq artisti ilk məhkəməsinə gəlməyib. O, məhkəməyə səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyi ilə bağlı teleqram göndərib. 

Onu ilk iclasda vəkili Asim Abbasov təmsil edib. Vəkil prosesin təxirə salınmasını xahiş edib.

Zərərçəkmiş şəxsin vəkili Gülşən Salmanova isə Ağadadaş Ağayevin məhkəməyə gəlməməsinə etiraz edib. Onun barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ikisi də azadlıqdadır. Onlar barəsində ibtidai istintaqın əvvəlində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi. 

Hakim Vüsal Tağıyevin araşdıracağı işdə Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi "Medera Hospital”ın təmizlikçisi Nəzakət Paşayeva zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 2 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Xatırladaq ki, hadisə bu ilin iyulunda baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

Məhkəmə zərərçəkmişin vəsatətini əsaslı saymayıb. A.Ağayevin məhkəmədə iştirakını təmin etmək məqsədilə proses 14 noyabra kimi təxirə salınıb.







Xəbərin oxunma sayı : 1027




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap