Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

“Məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır” - Nazir

Tarix 10.12.24, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


“Məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır, sadəcə müxtəlif zamanlarda ayrı-ayrı təhsil müəssisələrində bu kimi hallarla bağlı şikayətlər olur və dərhal araşdırılır”.

AzFakt.com xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, burada iki məsələ xüsusi qeyd olunmalıdır:
“Birincisi, pul yığılması məsələsi yolverilməz haldır və bu, dəfələrlə deyilib. Çünki təhsil sistemi böyükdür. Azərbaycanda fəaliyyət göstərən 4 400 məktəbin hər hansı birində bu hal baş versə, onu araşdırır və mübarizə aparırıq. Həmçinin rüşvət və bu kimi digər iddialar sonda cinayət xarakteri daşıdığı üçün hüquq-mühafizə orqanları tərəfindən də araşdırılmasının və müvafiq adamların müvafiq cəza almasının tərəfdarıyıq”.
Emin Əmrullayev deyib ki, bir müəllimin və məktəbin belə fəaliyyətini bütün təhsil ocaqlarına şamil etmək düz yanaşma deyil:
“Söhbət bir məktəbdən gedirsə, təbii ki, nəticə barədə ictimaiyyətə məlumat verilir. Hazırda ən böyük problemimiz vətəndaş qəbulunda yaşanan anlaşılmazlıqdır. Çünki vətəndaşın şikayəti əsasında sübut olmadıqda, bunu təsdiq etmək çətindir. Bu halda cəza tədbiri görüləndə, direktor məhkəmə yolu ilə öz işinin bərpasını tələb edir. Çalışırıq ki, bu tip məsələlərdə hüquqi prosedurları pozmayaq. Elm və Təhsil Nazirliyinin kimisə işdən çıxarmaq mövqeyi yoxdur”.



Xəbərin oxunma sayı : 421




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap