Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“Azərbaycanda qanunvericilik bazası əsaslı şəkildə yenilənir“- İnam Kərimov

Tarix 31.10.24, 22:28

Font ölçüsü : - / +
bitmap-img6


Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

AzFakt.com xəbər verir ki, bu barədə Şuradan məlumat verilib.

İclasda çıxış edən şuranın sədri İnam Kərimov son dövrlərdə məhkəmə sahəsində görülmüş işlər barədə məlumat verərək bildirib ki, bu gün Azərbaycanda məhkəmə işinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əməli tədbirlər həyata keçirilir və bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənir.

Eyni zamanda aparılan kadr islahatları, Ali Məhkəmə və Apellyasiya instansiyası məhkəmələrinə yeni hakimlərin təyin edilməsi və peşəkar hakim korpusunun formalaşdırılmasının ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.

İclasda, həmçinin intizam icraatı üzrə işlərə, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Daha sonra təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyinə görə fəxri fərmanla təltif ediliblər.



Xəbərin oxunma sayı : 868




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap