![]() |
|














1 milyonluq “qanpulu işi“ndə gərginlik - burada bizi lənətləyirlər
Tarix 27.02.25, 12:44 |
|

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər 2 nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com xəbər verir ki, iş üzrə 36 nəfər zərərçəkən var. Vətəndaşlar uşaqlarının mübtəla olduqları ağır qan xərçəngindən qurtulmaları üçün çıxış yolu axtararkən müalicə üçün topladıqları pullar da əllərindən çıxarılıb. Nəticədə müalicəsizlikdən ölən körpələr də var. Bu, son dərəcə qansızlığı ilə diqqət çəkən dələduzluq işi üzrə ümumilikdə 1 milyon manata yaxın qan, müalicə pulu mənimsənilib. Bu qalmaqallı məhkəmə prosesi aylardır ki, davam edir. Son proses də zərərçəkmişlərin dindirilməsi ilə davam etdirilib.
Prosesdə zərərçəkmiş qismində Aynur Orucova ifadə verib. Bildirib ki, təqsirləndirilən Aynur Bayramova və Nuridə Seyidovanı tanıyıb. Onun sözlərinə görə, oğlu talassemiya xəstəsi olub:
"Bu şəxslərlə Günel Heydərova vasitəsi ilə tanış oldum. Günel xanım da bunların yanına xəstə aparmışdı. Məndən Günel xanım əməliyyat üçün 20 min manat istədi. O qədər pulumuz yox idi. Pulu toplayıb onların ofisinə getdik, bizi çox yaxşı qarşıladılar. Aynurun öz uşağı da xəstə idi. Bizdə 25 min manat var idi, yataqxana tipli evimizi satmışdıq. Amma pulu hələ almamışdıq. Aynur zəng etdi ki, pulu gətirin. Özü də pulu dollarla istədilər. Biz də pulu 15 min dollara çevirdik və "Çinar Plaza"da onlara verdik. Bizi İstanbula göndərdilər. Biletimizi də Nuridə təşkil etdi. Bizi otelə yerləşdirdilər. Səhəri gün xəstəxanaya getdik, analizləri verdik. 3500 dollar istədilər. Mən də vəziyyəti Aynura dedim, analiz məsələsi həll edildi. Dedilər ki, hər şey hazırdır, pul köçürülsün, əməliyyat olunacaq. Həmin vaxt uşağın səhhətində problem yarandı. Xəstələndiyi üçün əməliyyata qəbul etmədilər. Mən də Nuridəyə zəng etdim, dedim ki, uşaq xəstələndiyi üçün xəstəxanaya qəbul etmirlər, pulu köçürmək lazımdır. Amma bir həftə iki, sonra üç həftə oldu, pulu köçürmədilər".
Aynur Orucova qeyd edib ki, sonradan Nuridə Seyidova onları Antalyada olan xəstəxanaya göndərmək istəyib, amma buna özü razı olmayıb: "Çünki uşağın halı yaxşı deyildi, bundan sonra Azərbaycana qayıtdıq. Uşaq da əməliyyat olunmadı".

Nuridə Seyidova
Zərərçəkmiş bildirib ki, hazırda ona dəymiş ziyanı həm Nuridə Seyidovadan, həm də Aynur Bayramovadan tələb edir.
O bildirib ki, pulu Nuridə Seyidovaya verib: "O da işçisi Toğrula verdi. Pul sayıldı. Pulun alınması ilə bağlı aramızda müqavilə də imzalandı".
Aynur Orucova bildirib ki, İstanbulda olduqları vaxt 10 min dollar əlavə xərcləri çıxıb: "Nuridə dedi ki, bir həftəyə pulu qaytaracaqlar. Amma sonra zəng etdik, ona zəng çatmadı. İnternetdən öyrəndik ki, Nuridə nəzarətə götürülüb. Mən bunlara çox inanmışdım. Çünki oturub söhbət etmişdik, dərdləşmişdik".
Təqsirləndirilən Aynur Bayramova bildirib ki, pulun alınmasında iştirak etməyib: "Pulu verəndə mən orada idim? Dəqiq fikirləşin. Bizim ikimizin də dərdimiz eynidir".
Zərərçəkmiş ona cavab verməyib.
Aynur Bayramova əlavə edib ki, pulların alınması zamanı orada olmayıb, Aynur Orucovanı bir dəfə söhbət etməyə gələndə, bir dəfə də aeroportda görüb.
Prosesdə zərərçəkmişlər Zeynal Cəlilov və Nüşabə Məmmədovanın məhkəməyə göndərdikləri məktublar elan olunub. Zeynal Cəlilov Aysel Məmmədovadan 25 min dollar, Nüşabə Məmmədova isə 34 min dollarlıq ziyanı Nuridə Seyidova və Aynur Bayramovadan tələb etdikləri məlum olub.
Daha sonra təqsirləndirilən Nuridə Seyidova iddia edib ki, digər təqsirləndirilən Aynur Bayramovanın zalda əyləşən bacısı tərəfindən təhqirlərə məruz qalır. "Hörmətli hakim, bizi zalda lənətləyirlər, bundan təngə gəlmişəm" - deyə Seyidova qeyd edib.
Aynur Bayramova isə Nuridə Seyidova tərəfindən hədə-qorxu aldığını söyləyib.
Hakim Aynur Bayramovanın bacısına xəbərdarlıq edib və onun zaldan çıxarılmasına göstəriş verib. Prosesdə tərəflər arasında mübahisə yaranıb. Hakimlər iclasda qısa fasilə elan ediblər. Ara sakitləşəndən sonra proses davam edib.
Şahid qismində Mais Bayramovun dindirilməsi zamanı yenidən mübahisə yaranıb. Bu, hakimin etirazına səbəb olub: "Mən 43 ildir bu sahədə işləyirəm. İmkan verin, işimizi aparaq. Belə getsə, işi apara bilməyəcəyik. Prosesi uzatmaq lazım deyil. Əks halda, müvafiq tədbir görəcəyik".
Daha sonra şahid Mais Bayramov təqsirləndirilən Aysel Məmmədovanın suallarını cavablandırıb.
Mais Bayramov deyib ki, xalası oğlu Ramin Dadaşovun övladının xəstəliyi ilə bağlı Talassemiya Mərkəzində olub və təqsirləndirilən şəxsləri o zaman tanıyıb. Bildirib ki, özü də bu işdə zərərçəkəndir.
Şahid qismində ifadə verən Şəbnəm Qurbanovanın sözlərinə görə, Nuridə Seyidova və Aynur Bayramovanı əvvəldən tanıyırmış: "Aysel Məmmədovanı isə 2017-ci ildə mən "Nərgiz" fonduna aid tibbi şirkətlərin birində vəzifədə olarkən tanıdım. Mənim övladım da talassemiya xəstəsi idi, Talassemiya Mərkəzində əməliyyat olunmuşdu. Lakin müalicəyə pul çatdırmırdıq. O ərəfədə sosial şəbəkələrdə Aysel Məmmədovanın elanını görüb, ondan kömək istədim. Dedi ki, yalnız əməliyyata kömək edə bilər.
Aysel Məmmədova şəxsi hesabına mənə kömək etdi. Onların yanına fonddan tanıdığım 2 nəfər talessimiya xəstəsinin valideynini göndərmişdim. Həmin valideynlər ödəniş edərkən orada olmamışam. Aysel Məmmədova mənə əziyyətimin qarşılığı olaraq 1000 dollar vermişdi. Həmin pulu da müstəntiq məndən alıb zərərçəkən Nərgiz və Şövkət arasında bölüşdürdü".
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını
Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.
Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.
Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.
Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.
İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.
Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.
Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.
Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub,Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb. O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.
Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.
Növbəti proses martın 12-də davam edəcək.
Xəbərin oxunma sayı : 868
Hadisə
Xəbərlər
-
Aygün Kazımova mini geyimdə - Alt paltarıgöründü
-
Türkiyə Super Liqası: “Qalatasaray“ büdrədi, “Fənərbağça“ fərqi azaltdı
-
Qarlı hava şəraiti istehlak bazarına necə təsir edib? - VİDEO
-
Volodimir Zelenski Kral Çarlsla görüşüb - FOTO
-
“Rusiya və Çin Trampın işdən çıxardığı hökumət işçilərini ələ almağa başlayıb“ - CNN
-
Yataqxanadakı amansız qətl: Elşad tələbə yoldaşına 40 bıçaq zərbəsi vurub...
-
Azərbaycanda bu ödənişlər üztanıma ilə olacaq - VİDEO
-
“Təcili olaraq Avropanı yenidən silahlandırmalıyıq“ - Ursula von der Leyen
-
ABŞ-nın NATO-dan çıxması ideyası güclənir - Hərbçilər Avropadan çıxarılır
-
“Heç kim mane olmasa, Putin Moldovaya, sonra isə Rumıniyaya daxil ola bilər” - Makron
-
Ramazan ayının üçüncü gününün duası - İmsak və iftar vaxtı
-
Avropa liderləri Zelenski üçün Londonda - FOTOLAR
-
Həmyerlilərini alçaldıb VİDEOya çəkən qardaşlar bəraət istəyirdi - Ali Məhkəmə qərar verdi
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
Sumqayıtda 81 yaşlı kişini öldürüb basdıran ustanın cəzası azaldıldı - SƏBƏB
-
“ABŞ administrasiyasının yeni xarici siyasət konfiqurasiyası Rusiya ilə üst-üstə düşür“ - Peskov
-
Bakıda xəstə daşıyan ambulans aşdı - Yaralılar var+Video
-
30 ildən çoxdur qəzalı vəziyyətdə olan bina hər an uça bilər - VİDEO
-
“AF Hotel”də dəhşətli cinayət: Uşaqlara film izlədib, qadını pəncərədən atıb
-
Binəqədidə ağac kəsintisi faktı aşkarlanıb - FOTOLAR
-
Türkiyədən Naxçıvana qaz ixrac ediləcək - Ərdoğan mərasimdə iştirak edəcək
-
Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
-
Yeddi şagird imtahandan xaric edilib - Dövlət İmtahan Mərkəzi
-
Biləsuvarda silahlı insident: 42 yaşlı rayon sakini güllələnib
-
Azərbaycanın əksər bölgələrində güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Yanğında xəsarət alanların vəziyyəti ağırdır - TƏBİB
-
Ramazanda ən az və ən çox saat oruc tutan ölkələr - SİYAHI
-
Abşeron-Xızı Regional Təhsil İdarəsində yeyinti aşkarlandı - Müəllimlərə artıq dərs saatı yazılıb
-
“İsrail Qəzza zolağına humanitar yardımı dayandırıb“ - KİV
-
Britaniya ABŞ-ni Ukrayna ilə müzakirələri bərpa etməyə inandıra bilməyib - Bloomberg
-
Əmisi oğlunun pasportu ilə Bakıya uçan Arşad tutuldu - İspaniyaya niyə gedirmiş?
-
231 nömrəli məktəb direktorunun səsyazısı yayıldı -“Mənə dilənçi payı lazım deyil”+Video
-
Botoksdan zəhərlənmə necə baş verir? - VİDEO
-
“Tramp Zelenski ilə görüşdən sonra Venslə fəxr etdiyini bildirib“ - “The Wall Street Journal”
-
Zaqatalada qarın hündürlüyü bir metri keçib - FAKTİKİ HAVA
-
Qiymətlər yenidən sürətlə artmağa başlayıb - SƏBƏB NƏDİR?
-
Bakıda evdə partlayış, 5 nəfər xəsarət aldı - VİDEO
-
57 437 şagird buraxılış imtahanı verəcək - Bu gün
-
Böyük Britaniyanın Baş naziri Zelenskini belə qarşıladı - VİDEO
-
Azərbaycanda bəzi kəndlər birləşdirilə bilər - VİDEO
-
“Gözəllik salonlarından bezmişəm” - Renka
-
Ərdoğan ilk iftarını onlarla açdı - Fotolar
-
“Rutte Zelenskini Trampla münasibətləri bərpa etməyə çağırıb“ - KİV
-
“Avropa böyük və tarixi sınaq qarşısındadır“ - Çexiyanın Baş naziri
-
“Hədəfimizə çatmağımıza kimsə mane ola bilməyəcək” - Ərdoğan
-
Bakıda kafedə qumarxana: Obyekt sahibi saxlanıldı
-
Sumqayıtda avtobusda yanğın olub - VİDEO
-
Məhkəmə-Hüquq Şurası ilə MAA arasında memorandum imzalanıb - Fotolar
-
“Qəzzada atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlar aparılmır” - HƏMAS
-
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
-
Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
-
“Ermənistan buna görə dövlət səviyyəsində məsuliyyət daşıyır” - Hikmət Hacıyev
-
Zelenski Trampdan üzr istəməyəcək: “Günahkar mən deyiləm“
-
“Yeganə qalib Putin oldu“ - Finlandiya Prezidenti
-
Nataliya Əliyeva kimdir və nələri bilir? - VİDEO
-
Soğan alarkən bunlara diqqət edin - Məsləhətlər
-
Rusiya XİN-dən Zelenski haqda şok iddia: “Narkotik aslılığından əziyyət çəkməsi...“
-
Lənkəranda 10 kiloqram narkotik və tapança aşkarlandı - VİDEO
-
Vüsal Aslanovdan daha bir təyinat - Yeni sədr QSC-yə öz komandasını toplayır
-
Tramp-Zelenski qarşıdurmasından sonra kritik qərar - Ukraynaya maliyyə yardımı göstəriləcək
-
Fatimə Mövlamlı barəsində həbs qətimkan tədbiri seçildi - “Meydan TV işi“
-
Növbəti onillikdə Azərbaycanda inflyasiya necə olacaq? - “Fitch”in proqnozu
-
Bakının bu qəsəbəsində 2 aydır evləri su basır - VİDEO
-
Küçədə xuliqanlıq etdi - Evinə 1000 nəfəri qeydiyyata saldırdığı üzə çıxdı
-
“ABŞ üçün tam biabırçılıqdı idi...” – Senatorlar da Zelenskinin müdafiəsinə qalxdı
-
Daha bir mehmanxananın fəaliyyəti dayandırıldı - VİDEO
-
Bakıda məşhur restoranların fantastik iftar qiymətləri - SİYAHI
-
Məmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? - DETALLAR
-
“Dərnəgül” yoluna alternativ çəkiləcək yeni yol nə vaxt hazır olacaq? - VİDEO
-
Sabah qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
-
Mehriban Əliyevadan Ramazan ayı ilə bağlı paylaşım - FOTO
-
10 ildir psixi xəstə kimi qeydiyyatdadır: Özünün xəbəri yoxdur
-
Ermənistan-Türkiyə sərhədində yeni gəlişmə - Rusiya qoşunları bölgəni tərk edir
-
Martda neçə gün qeyri-iş günü olacaq?
-
İlham ƏIiyev “Barselona”nın prezidentini qəbul etdi - FOTO
-
Torpağın qiymətləndirilməsi bələdiyyələrdən alınır - Üstünlükləri nədir
-
Yas çadırı qurub geri qayıdırlarmış - Ölənlərin sayı 6-ya çatdı
-
“Zelenski Ağ Evdəki fiaskoya görə üzr istəməlidir“ - ABŞ dövlət katibi
-
Sosial şəbəkədə tələbə qızların adından saxta səhifələr açanlar kimlərdir? - VİDEO
-
Dağlıq rayonlarda 20 dərəcəyədək şaxta var - Faktiki hava
-
“Bizim üçün çətin olacaq...” - Zelenski
-
Polis qarlı havada vətəndaşlara belə kömək edir - Foto + Video
-
Ramazan ərəfəsində iftar və imsak menyularının qiymətləri - VİDEO
-
Azərbaycanda Ramazan ayı başlayıb - FOTO
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Messiyə penalti vurmağı Neymar öyrədib - Özü açıqladı
-
“Zelenski Amerika xalqının gözündə özünü məhv etdi“ - Mask
-
Bakıda yeni 10-cu mikrorayon harada salınacaq? - VİDEO
-
Azərbaycanın qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi - SİYAHI
-
Zelenski Trampla mübahisədən sonra Ağ Evi tərk edib - VİDEO
-
“Dünəndən Türkiyə terrorla mübarizəsində yeni mərhələyə başlayıb“ - Ərdoğan
-
“Putinə qarşı nifrəti göz qabağındadır” - Tramp şərt qoydu
-
Vəfa və Aysu Bakıda qanunsuz olduğu bildirlən obyektin açılışında - VİDEO
-
Ağ Evdə Tramla Zelinski arasında qalmaqal - Canlı yayımda mübahisə etdilər (VİDEO
-
“Naxçıvanın MR-in ümumi planı üzərində iş başa çatmaq üzrədir“ - Anar Quliyev
-
DSX 1 günə 13 tender elan etdi - Milyonlar ayrıldı
-
Ər-arvad metil spirtindən zəhərlənib öldü - Bakıda
-
“Sən demə kartofumuz yox imiş!” - Lukaşenko əsəbiləşdi
-
Tramp Ağ Evdə Zelenski ilə görüşdü - Saziş imzalayacaqlar
-
Xətai rayonunda daha bir sənədsiz obyekt tikilir - İcra hakimiyyəti susur
-
Bakıda maşından 124 min oğurlayan şəxs kameralara belə düşüb - VİDEO
-
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtları
-
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
-
Həşərat və böcəkləri Rusiyaya 27 qəpiyə, ABŞ-yə isə 53 manata satırıq - Ölkələrin siyahısı
-
“Karvan 2002”nin satış müdiri 71 min mənimsəyib - Şirkət rəhbəri də dindirildi
-
Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alındı - Faktiki hava
-
“Trampın Rusiyanın tərəfini tutmasını eşitmək narahatedicidir“ - Kaya Kallas
-
Bu qurumun 1,4 milyon borcu var - Rəhbərinə “stop“ qoyulur
-
Mart ayında hava necə olacaq? - Milli Hidrometeorologiya Xidməti məlumatı
-
Sosial mənzil layihəsi ilə bağlı daha bir dələduzluq - Məhkəmə qərar verdi
-
Əmir Şirinbəylinin evindən 244 min manatlıq oğurluq edən qadına hökm oxunub - Zalda həbs edildi
-
“Ermənistan XİN-in bəyanatını rədd edirik“ - Azərbaycan XİN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
-
Bu gün 7 planetin paradı olacaq - Bir də 15 il sonra görəcəyik
-
Tahir Məmmədov Arxitektura Komitəsinin sədrindən çox bilir? - “A-Frame“ qadağası...
-
Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür - Hikmət Mirzəyev kimdir? + VİDEO
-
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
-
Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
-
Əli Əsədov İranda niyə rus dilində danışıb? - Rəsmi açıqlama
-
Bu 7 şəhərdə 200 lift quraşdırılacaq - SİYAHI
TOP 10
ARXİV